İqtisadi gündəm
Bankların xarici aktivləri ARTIB, öhdəlikləri isə… - HESABAT
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın kommersiya banklarının xalis xarici aktivləri 6 milyard 926.4 milyon manat olub.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı 7 aylıq hesabatda əks olunub.
Hesabata görə, ötən ilin müvafiq dövründə isə bu rəqəm 4 milyard 533.8 milyon manat təşkil edib. Bu da onu göstərir ki, bir il ərzində xalis xarici aktivlərdə 2 milyard 392,6 milyon manat artım baş verib.
Qeyd edək ki, cari dövrdə kommersiya banklarının məcmu xarici aktivləri 9 milyard 026.1 milyon manat olub. Ötən ilin analoji dövründə isə bu rəqəm 5 milyard 622.8 milyon manat təşkil edib ki, bu da bir il ərzində 3 milyard 403,3 milyon manat artım deməkdir.
Xarici öhdəliklərdə isə 1 milyard 624.5 milyon manatlıq mənfi saldo yaranıb. Ötən il isə mənfi saldonun həcmi 1milyard 084.2 milyon manat olub. Aydın olur ki, bir il ərzində 540,3 milyon manatlıq artım müşahidə olunub.
Rövşən Ziya
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi











.jpg)























