İqtisadi gündəm
Yanacağın aksiz faizləri ARTDI: Ölkə nə qazanacaq?
Dünən Nazirlər Kabineti “Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınma xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərar qəbul edib. Qərara əsasən, Aİ-92 markalı benzinin aksiz dərəcəsi 42 faizdən 42,5 faizə, dizel yanacağının aksiz dərəcəsi isə 18 faizdən 18,3 faizə qaldırıldı.
Məsələ ilə bağlı fikirlərini Publika.az-a açıqlayan iqtisadçı ekspert Eldəniz Əmirov bunun əsas səbəbini Tarif Şurasının iyulun 26-da “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” verdiyi qərarı ilə bağladı.

Ekspert qeyd etdi ki, qərar əsasında ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının istehsalçı tarifi 695,75 manatdan 689,78 manata endirildi.
“Bunun nəticəsində də neft və dizel istehsalçısı tərəfindən yanacağın hər tonu üçün hesablanan və dövlət büdcəsinə ödənilən aksiz vergisinin məbləğində azalma baş verib. Əslində, aksiz dərəcəsinin səviyyəsi bu azalmanı kompensasiya etmək üçün dəyişdirildi. Hazırki dəyişikliklərin yanacaqdoldurma məntəqələrində Aİ-92 benzininin və dizel yanacağının qiymətlərinin qalxmasına səbəb olacağını düşünmürəm”.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı hazırda heç bir müzakirə aparılmır:
“Ölkədə çörəyin və unun qiymətlərinin artdığı və inflyasiyanın yuxarı səviyyədə olduğu bir vaxtda bu addımı atmaq yanlış olar. Əgər belə bir qərar olarsa, ilk növbədə ərzaq və kənd təsərrüfatı məhsulları kəskin bahalaşacaq. Eyni zamanda, bu məhsulların istehsalına böyük zərbə dəyəcək və ölkədə inflyasiya daha da sürətlənəcək. Buna isə heç cür yol vermək olmaz”.
Rövşən Ziya
-
Hadisə21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region21:13İstanbulda torpaq sürüşməsi oldu - Dağıntılar altında qalanlar var
-
ABŞ20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya18:20İlin son Günəş tutulması baş verəcək
-
Nida Xəbər 16:55Baş nazir qərar imzaladı
-
Dünya16:37Vardanyanın dostu olan yazıçını Bakıya kim dəvət edib? - Kitabını çap edən nəşriyyatdan cavab gəldi
-
Magazin115:04Əməkdar artist Avropa tətilindən paylaşım etdi - VİDEO







.jpg)


















.jpg)

.jpg)
.jpg)







