İqtisadi gündəm
Azərbaycanda Aqrar Sənaye Bankı yaradılmalıdır - Deputatdan TƏKLİF
Azərbaycan əhalisinin ərzaq buğdası ilə təchizatının əsas hissəsinin daxili istehsal hesabına təmin edilməsi üçün zəruri tədbirlər görülməlidir. Əgər bunun qısa müddətdə böyük nəticələr verməsini istəyiriksə, keyfiyyətli toxum probleminin əsaslı surətdə həll edilməsinə nail olmaq lazımdır".
Bu fikirləri Publika.az-a söyləyən Milli Məclisin deputatı Əli Məsimli qeyd etdi ki, problem həllini tapsa, hər il ölkəmizdə istehsal olunan 1,8 milyon ton buğdanın 25-30 faizi deyil, yarıdan çoxu ərzaq buğdası tələblərinə cavab verəcək:
"Ölkə üzrə 16-17 milyard manatlıq ümumi sərmayənin cəmi 3 faizi kənd təsərrüfatına, 1,3 faizi isə qida məhsulları istehsalına yönəldilir. Bu isə həmin sahələrin investisiya tələbatından qat-qat aşağıdır. Bu səbəbdən də fermerin il ərzində yaratdığı yeni dəyər 2 min manat ətrafında, aylıq kəmiyyəti isə 170 manatdır. Ölkədə adambaşına ildə 900 manatlıq, ayda isə 75-80 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu onu göstərir ki, ərzaq təhlükəsizliyimizi təmin etməkdən ötrü təcili kompleks tədbirlər görülməlidir".

Deputat onu da vurğuladı ki, bu gün ölkədə Aqrar Sənaye Bankının yaradılmasının vaxtı catib:
"Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlara aşağı faizlə kreditlərin verilməsi vacibdir. Eləcə də aqrar sahə üçün məqbul sayıla biləcək kreditə zəmanət mexanizminin yaradılması obyektiv tələbata çevrilib. Fermerlərin sərbəst fəaliyyət göstərməsinə mane olan bütün bürokratik əngəllər aradan qaldırılmalı, real nəticə verəcək konkret addımlar atılmalıdır".
Rövşən Ziya
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
