İqtisadi gündəm
Bitkoini bahalaşdıran amillər: Neqativ xəbər yaranarsa...
Dekabrın 13-də keçirilən ticarət sessiyası zamanı bitkoinin qiyməti 5%-dən çox artıb. Dünyanın ən böyük kriptovalyuta birjası “Binance”da gün ərzində bitkoin 5,15% bahalaşaraq 17 857 dollara mübadilə olunub. Axşama doğru isə bir qədər də bahalaşaraq dəyərini 18 min dollara çatdırıb. Bəzi analitiklər kriptovalyutanın bir qədər də bahalaşacağını, bəzilər isə əksinə, ucuzlaşacağını proqnozlaşdırır.
Bəs bitkoini bahalaşdıran səbəblər hansılardır? Bahalaşma daha uzunmüddətli ola bilərmi?
Mövzu ilə bağlı Publika.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, bitkoin tamamilə spekulyativ bir aktivdir. Onun bahalaşması da, ucuzlaşması da ancaq xəbər axınlarına bağlıdır:
“Son günlər bitkoinlə bağlı pozitiv xəbərlər oldu. Bir çox ölkələr bu kriptovalyutanın gəlirlərinin vergiyə cəlb olunması ilə bağlı qərar verəcəklərini söylədilər. Bu da bitkoinin gələcəkdə leqallaşacağı anlamına gəlir. Belə bir ehtimal yaranır və buna görə də, kriptovalyutaya maraq artdı və qiymətlərin müvəqqəti yüksəlməsini gördük”.

Ekspert hesab edir ki, bu bahalaşma növbəti xəbər axınına qədərdir. Neqativ xəbər yaranarsa, bitkoin yenidən ucuzlaşacaq:
“Misal üçün, hansısa ölkə bitkoini qadağan etsə, yaxud vergi daha yüksək olacaqsa, bu zaman yenidən qiymətin düşməsini müşahidə edəcəyik. Ümumilikdə, koinlər, o cümlədən də bitkoin tamamilə spekulyativ bir aktiv olduğu üçün onun iqtisadi kateqoriyalara görə, qiymətinin dəyişməsini söyləmək mümkün deyil. Bu kriptovalyuta ancaq xəbər axınlarına bağlı bir aktivdir. Ona görə də, neqativ xəbər olduqda qiymət düşür, pozitiv xəbər olduqda isə bahalaşır. Bunu proqnozlaşdırmaq çox çətindir”.
Akqabay Mıradov
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



















.jpg)
.jpg)






