İqtisadi gündəm
Azərbaycanda son 5 ildə həyata keçirilən sosial tədbirlər: 6 milyardlıq xərclər paketi
“Məlum olduğu kimi, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra əhəmiyyətli layihələr həyata keçirilir. Son illərdə bu istiqamətdə daha da vacib addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında 5 yanvar 2023-cü il tarixində imzaladığı sərəncam bu xüsusda atılan addımlara daha bir bariz nümunədir. Belə ki, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edilib. Əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına , o cümlədən, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərin hazırlanmasına dair isə Nazirlər Kabinetinə müvafiq tapşırıqlar verilib”.
Sözügedən sərəncamla bağlı Publika.az-la fikirlərini bölüşən iqtisadçı ekspert, UNEC-in professoru Elşad Məmmədov bunları söyləyib:

“Azərbaycan sosial dövlət kimi mövqeləşmək istiqamətində davamlı bir siyasət həyata keçirən ölkə kimi dəyərləndirilməlidir. Hesab edirəm ki, dövlətimiz bu istiqamətdə son 5 ildə daha vacib addımlar atıb. Qeyd olunan müddət ərzində minimum əməkhaqqı təqribən 2,7 dəfə, pensiyalar isə 2,5 dəfə artırılıb. Atılan bütün bu addımlar əhalinin sosial rifahının gücləndirilməsinə xidmət edib”.
Ekspert qeyd edib ki, hazırkı artımlar dövlət büdcəsindən təxminən 750 milyon manat vəsaitin ayrılmasını nəzərdə tutur. O əlavə edib: “Son 5 ildə həyata keçirilən sosial tədbirlər isə təqribən 6 milyardlıq xərclər paketini əhatə edib”.
Ekspert vurğulayıb ki, əhalinin geniş təbəqəsinin sosial rifahının yaxşılaşdırılması birbaşa cənab Prezidentin siyasi iradəsinin nəticəsidir.
Mehti Kamiloğlu
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO











.jpg)






















