İqtisadi gündəm
Proqnozları düz çıxan məşhur iqtisadçıdan dollar açıqlaması: Dayandırmaq mümkün deyil
“ABŞ-da yeni iqtisadi böhranın başlaması dolların kəskin bahalaşmasına səbəb olacaq. Bu proqnozun paradoksal görünməsinə baxmayaraq, tamamilə rasional izahı var. İş ondadır ki, böhran zamanı investorların əksəriyyəti intuitiv olaraq pullarını ən likvid aktivə yatırmağa çalışırlar”.
Publika.az xəbər verir ki, bu proqnozu rusiyalı iqtisadçı ekspert Mixail Xazin səsləndirib.
Xazin qeyd edib ki, hazırda bu status ABŞ dollarına aiddir. Əgər yaxın 5 il ərzində birjada böhran baş verərsə, o zaman dünyanın əsas valyutası olan ABŞ valyutası investorların kütləvi axını səbəbindən mütləq bahalaşacaq.
Bununla belə, ekspert qeyd edib ki, belə bir ssenariyə mərc etməyə dəyməz. Bu onunla bağlıdır ki, hələ heç kim bazarların nə vaxt çökəcəyini dəqiq bilmir, üstəlik, maliyyə böhranının pik mərhələsini keçdikdən sonra dolların nə qədər likvid olacağı da məlum deyil.
Onun sözlərinə görə, maliyyə bazarlarının qlobal çöküşü bu il başlaya bilər.
Ekspertlərin proqnozlarına görə, yaxın aylarda hər şey yenidən çökə bilər. Xazin qeyd edib ki, bunu 2022-ci ilin lap əvvəlindən ilk növbədə dünya kapitalizminin lokomotivi, ən böyük fond bazarına malik ölkə olan ABŞ-da iqtisadi göstəricilərin kəskin pisləşməsi göstərir. O deyib ki, problemlər burada başlasa, avtomatik olaraq dünyanın bütün dövlətlərinə təsir edəcək.
Ekspertin fikrincə, bazarların çökmə vaxtı Co Baydenin hakimiyyətə gəlməsi ilə bir qədər də sürətlənib: “Donald Tramp qalsaydı, böhran olsa belə, vəziyyət daha sabit olardı, amma sonra hər şey daha hamar və yavaş həll ediləcəkdi. Demokratların Ağ Evdə görünməsindən sonra proses artıq sürətlə getdi. Gözlənilən çöküşü dayandırmaq mümkün deyil”.
Xazin proqnozlaşdırıb ki, yalnız ötən əsrin 20-ci illərindəki Böyük Böhran ilə müqayisə oluna biləcək yeni böhran nəticəsində ABŞ ÜDM-i cəmi bir neçə il ərzində 30% azalmalıdır ki, bu da əslində iqtisadi fəlakət deməkdir.
Ekspert hesab edir ki, ABŞ-ın maliyyə orqanları dolların böyüklüyünü öz əlləri ilə məhv edirlər.
Onun sözlərinə görə, bu gün ABŞ üçün kəskinləşən iqtisadi böhrandan yeganə çıxış yolu AUKUS hərbi blokunun sərhədləri daxilində öz valyuta zonasının formalaşdırılması və bu ittifaqın hüdudları daxilində dərin daxili sənayeləşmənin başlanmasıdır:
“Lakin Amerika rəhbərliyi bunu yeganə düzgün qərar kimi qəbul etmək əvəzinə bankirlərin ardınca gedir. Eyni zamanda bank panikası və maliyyə böhranı ilə mübarizə zərurəti bəhanəsi ilə yenidən ölkə iqtisadiyyatını emissiya pulları ilə doldurmağa başlayır”.
Mütəxəssisin fikrincə, belə bir taktika, əslində dolları kəskin enişə göndərir. O hesab edir ki, Amerika iqtisadiyyatında pulun həcminin artması ABŞ milli valyutasının təkcə ölkə daxilində deyil, xaricdə də sürətlə ucuzlaşmasına səbəb olur.
Qeyd edək ki, Mixail Xazinin Rusiyada 1998-ci ilin defoltu və 2008-ci ilin qlobal böhranı ilə bağlı proqnozları özünü doğruldub.
Akqabay Mıradov
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO
-
Dünya01:55
Ukrayna Rusiyanın 400 "Şahed" PUA-sını saxladığı bazaya hücum etdi
-
Hadisə01:35
Qəzada ölən polis zabitinin FOTOSU
-
Qoroskop00:35
Günün qoroskopu: gözəl fürsətlər yaranacaq
-
Hadisə9 Oktyabr 22:44
Azərbaycanda polis zabiti faciəli şəkildə öldü
-
Dünya9 Oktyabr 22:32
“İrana cavabımız ölümcül olacaq” - İsrail
-
Magazin19 Oktyabr 20:35
Azərbaycanlı aktyorun toyundan görüntülər - VİDEO
-
Nəqliyyat9 Oktyabr 20:15
Taksilərlə bağlı yeni QADAĞA: Bu maşınların istifadəsi dayandırıldı