İqtisadi gündəm
Kreditlə bağlı mühüm YENİLİK - Zamin tələbi LƏĞV OLUNUR?
Xəbər verdiyimiz kimi, ölkəmizdə yeni sığorta növü tətbiq olunacaq. Belə ki, yaxın gələcəkdə istehlak kreditləri sığortalanacaq. Bunun da faydası odur ki, istehlak krediti götürmüş şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, o zaman onun bank qarşısında öhdəliyini sığorta şirkəti qarşılayacaq.
Amma son günlər sosial şəbəkələrdə və bəzi KİV-lərdə belə məlumat yayılıb ki, istehlak kreditlərinin sığortalanması bank tərəfindən zamin tələbini aradan qaldıracaq.
Bu nə dərəcədə realdır?
Publika.az xəbər verir ki, məsələylə bağlı Bizim.Media-ya danışan VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, zaminin tələb olunması bankların verdiyi qərardır:
"Yəni banklar istəsələr, zaminsiz də kredit təklif edə bilərlər. Ona görə də zamin tələbi məcburi xarakter daşımır. Amma banklar riskləri sığortalamaq üçün zamin tələb edirlər. Bəzi hallarda zaminsiz kredit verməyə maraq göstərmirlər. Bu mənada istehlak kreditlərinin sığortalanması zamin tələbinə müəyyən təsir göstərəcək.
Amma bu krediti bilərəkdən ödəməmək hallarının sığortalanması anlamına gəlmir.
Kredit götürən şəxs dünyasını dəyişərsə və yaxud əmək qabiliyyətini itirərsə, bu zaman sığorta mexanizmi işə düşə bilər. Amma kreditin sığortalanması o anlama gəlmir ki, kimsə sabah götürdüyü krediti ödəməsə, onun əvəzindən sığorta şirkəti borcu qapadacaq. Belə bir hal baş verməyəcək. Doğrudur, sığorta zaminə tələbi azaltsa belə, bankların zamin tələb etməsi yenə mümkündür".
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi





































