İqtisadi gündəm
Dünyada qızıla tələbat azalıb - Səbəb nədir?
2024-cü ilin aprel-iyun ayları ərzində dünyada qızıla tələbat ötən ilin ikinci rübü ilə müqayisədə 6 faiz azalaraq 929 ton təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb. Analitiklər bunu qızılın qiymətinin qalxması, eləcə də qızıl-zinət əşyalarına tələbatın azalması ilə əlaqələndirirlər.
Xatırladaq ki, son üç ayda qızıl-zinət əşyalarının qlobal satış tempi 19 faiz azalaraq 391 ton təşkil edib ki, bu da son dörd ildə ən aşağı göstəricidir. Bununla yanaşı, hesabat rübündə qızıl təklifi 4 faiz artaraq 1258 ton təşkil edib. WGC-nin məlumatına görə, bu, 2000-ci ildən bəri ən yüksək göstəricidir. Mərkəzi banklar qızıl ehtiyatlarını illik müqayisədə 6 faiz artıraraq 183,4 tona çatdırıblar ki, bu da portfelin mühafizəsinin şaxələndirilməsi zərurəti ilə bağlıdır.
Tural
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi





























.jpg)








