İqtisadi gündəm
Orada qiymət düşür, bizdə qalxır: Birjalardakı proseslər Azərbaycan bazarına niyə təsir etmir?
Son dövrlər dünya birjalarında bəzi məhsulların ucuzlaşdığının şahidi oluruq. Məsələn, ötən həftə dünya birjasında kartofun qiyməti 11,5%, şəkərin qiyməti isə 20,9% aşağı düşüb. Bazarlarımıza baxsaq, görərik ki, dünya birjalarında baş verənlərin Azərbaycana heç bir təsiri yoxdur. Bizdə nəinki həmin məhsullar ucuzlaşıb, hətta qiymət artımı var.
Maraqlıdır, Azərbaycan bazarı dünya birjalarında baş verən proseslərə niyə reaksiya vermir?
Məsələ ilə bağlı iqtisadçı Toğrul Vəliyev Publika.az-a açıqlamasında bildirdi ki, hansısa birjada baş verən proses dərhal qiymətlərə təsir etmir:
“Yəni birjada indi qiymət 10 % düşübsə, bu o demək deyil ki, bu dəqiqə nəyinsə qiyməti 10 % düşəcək. Bu, sadəcə o deməkdir ki, müvafiq xammalın qiyməti 10 % düşüb. Yaxın gələcəkdə onu istehsal edən, satan sahibkar həmin məhsulu 10 % daha ucuz satacaq. Azərbaycanda qiymətlər birja vasitəsilə tənzimlənmir. Bütün kənd təsərrüfatında istehsal olunan məhsullar heç vaxt birja vasitəsi ilə formalaşmayıb. Ona görə də dünya birjalarının Azərbaycana aidiyyəti böyük deyil.

Bizdə bazarda yalnız daxili qiymət formalaşması var. Burada da bir sıra amillərin təsiri var. Birincisi, bizdə kənd təsərrüfatı mövsümi xarakter daşıyır. İkinci məsələ ondan ibarətdir ki, Azərbaycan daha çox ixracatçıdır. Kənd təsərrüfatı ilə məşğul olan sahibkar və fermerlərin məqsədi ixrac etməkdir. Onlar məhsullarını Azərbaycan bazarında saxlamırlar, çünki ixracdan daha çox qazanırlar. Əgər onlar məhsullarını daxili bazarda satmaq istəyirsə, qiymət qalxır. Bir sözlə, birjada olan proseslərin bizə heç bir təsiri yoxdur”.
Aysel Şahmar
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi




























.jpg)









