2026-cı ilin sözü açıqlandı
Bizi izləyin

Dünya

2026-cı ilin sözü açıqlandı

2026-cı ilin sözü açıqlandı

Kembric lüğəti 2026-cı ilin sözü kimi “human” (insani, insan tərəfindən yaradılmış) sifətini seçib. Bu qərar süni intellektin sürətli inkişafı və insan tərəfindən yaradılan məzmunu neyron şəbəkələrin hazırladığı materiallardan fərqləndirmək ehtiyacı ilə əlaqələndirilir.

Publika.az xəbər verir ki, lüğətin saytında yayımlanan açıqlamada bildirilib ki, tarixən “human” sözü insanlara aid olanı heyvanlardan və tanrılardan, son dövrlərdə isə maşınlardan fərqləndirmək üçün istifadə edilib.

Dilçilərin diqqətini xüsusilə “insan tərəfindən yazılmış” (human-written), “insan tərəfindən yaradılmış” (human-generated, human-made) kimi ifadələrin daha çox işlədilməsi cəlb edib.

Dil məlumatlarının, internet tendensiyalarının və axtarış sorğularının təhlili göstərib ki, 2026-cı il insanların istehlak etdiyi məzmunda insan amilinin yenidən ön plana çıxdığı il olub.

Qeyd edək ki, Kembric lüğətinin 2025-ci il üçün seçdiyi ilin sözü “parasocial” (parasosial) sifəti olub.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm