Hadisə
1 tona yaxın çətənə kolu məhv edildi
Daxili İşlər Nazirliyinin yerli polis bölmələrinin əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıb.
DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş Xəqani Qasımovdan 475 qram marixuana aşkar edilərək götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan Xanlıqlar kənd sakini Nəsimi Eyvazovdan şəxsi axtarış zamanı 6 qramdan artıq marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun narkotiki əldə etdiyi mənbə də müəyyənləşdirilib. Əməliyyat tədbirləri ilə narkotik vasitəni N.Eyvazova satmaqda şübhəli bilinən Kosalar kənd sakini Cabir Əliyev də saxlanılıb. Onun yaşadığı evdən 465 qram marixuana aşkar edilərək götürülüb.
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 tona yaxın olan 1947 ədəd çətənə kolları aşkar edilərək məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)