Hadisə
Anti-sanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlandı - FOTO
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Abşeron rayonu Novxanı kəndində anti-sanitar şəraitdə süd və süd məhsullarının istehsal edilməsi ilə bağlı şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə Agentliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.
Publika.az-a AQTA-dan verilən məlumata görə, monitorinq zamanı şikayət öz təsdiqini tapıb. Belə ki, ilkin baxış keçirilərkən qanunsuz fəaliyyət göstərən sexdə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi müəyyən olunub. İstehsal sahəsində 700 kq pendir, yağ, qaymaq, yarımfabrikat məhsullar, həmçinin sexin anbarında pendirin yağlılığını süni şəkildə artırmaq məqsədi ilə istifadə edilən bitki yağları aşkar edilib. Baxış zamanı məhsulların istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı, məhsulların saxlandığı anbarın antisanitar vəziyyətdə olduğu müşahidə olunub. Eyni zamanda istehsal prosesində istifadə olunan bəzi avadanlıqların paslandığı, qida məhsulların üzərilərində isə yad cisimlərin olduğu aşkarlanıb.
Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində aidiyyati qurumlarla birgə tədbirlər davam etdirilir.
Qida Təhlükəsizliyi Agentliyi vətəndaşların sağlamlığının qorunması, əhalinin təhlükəsiz qida ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir. Agentlik vətəndaşlardan xahiş edir ki, istehlakçı hüquqlarının pozulması hallarına biganə qalmasınlar və əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında Agentlik tərəfindən həyata keçirilən nəzarət tədbirlərində yaxından iştirak etsinlər.
Vətəndaşlardan qida sahəsində bu cür neqativ hallarla bağlı məlumatları olduqda 1003 nömrəli "Çağrı Mərkəzi”nə zəng edib məlumat vermələri xahiş olunur.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























