Hadisə
Azərbaycanda hər kəsi ŞOKA SALACAQ HADİSƏ: tələ qurur və nizə ilə... - FOTO/VİDEO
Video əlavə olunub.
***
Cəlilabadın İranla həmsərhəd kəndələrində çöl qabanları qanunsuz ovlanır.
Rayon sakinlərinin Publika.az-a göndərdiyi şikayət məktubunda qeyd olunur ki, Fuad adlı işbaz rayonun Yaqublu və Cəfərxanlı kəndləri ərazisində tələ quraraq qanunsuz qaban ovu ilə məşğuldur.

Sakinlər bildirir ki, həmin şəxs şəkildə gördüyünüz tələlərdən bir neçəsini adıçəkilən kəndlərin ərazisində yerləşdirib: "Hazırda qabanların balalama dövrü olduğu üçün onları ovlamaq olmaz. Amma bu şəxs tələyə düşən heyvanları qarnında balaları ola-ola 2 metrlik nizələrlə öldürür, sonra isə onların ətini kolbasa sexlərinə satır. Fuad bir neçə kənd sakini ilə söhbətində qaban "biznesi"ndən 20 gündə 36 min manatlıq gəlir əldə etdiyini bildirib".

Sakinlər Fuad adlı şəxsin cəlilabadlı olmadığı, qaban biznesinə görə müvəqqəti rayonda məskunlaşdığını deyirlər.
Sakinləri narahat edən digər bir məsələ qanunsuz qaban ovu səbəbilə kəndə canavarların, çaqqalların axın etməsidir:
"Tələlər olan kəndlərə qan iyinə canavarlar və digər vəhşi heyvanlar üz tutur. Həmin ərazidə mal-qara tez-tez canavarların, çaqqalların hücumuna məruz qalır. Bununla bağlı rayonun aidiyyəti qurumlarına müraciət etmişik. Bəzi kəndlərdən həmin tələlər yığışdırılsa da, Fuad adlı şəxs barəsində ciddi tədbir görülmür. Onun bu qanunsuz əməllərinin qarşısı alınmayıb".
Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova saytımıza bildirdi ki, məsələ ilə bağlı araşdırma aparılacaq, araşdırmanın yekunu və görüləcək tədbir barədə məlumat veriləcək.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev Publika.az-a bunları dedi: "Sözügedən faktla, yazı ilə bağlı bildiririk ki, 2019-cu ilin iyun ayında Fuad Xudiyev adlı Füzuli rayon sakininin Cəlilabad rayonunun sərhədyanı Yaqublu kəndində kustar üsulla hazırlanmış dəmir tələ ilə vəhşi qabanların qanunsuz ovu ilə məşğul olması ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinə məlumat daxil olub. Həmin şəxs barəsində təhqiqat araşdırması aparılaraq İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə tədbir görülməsi üçün sənədlər aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Bundan sonra rayon ərazisində hər hansı bu cür fakt aşkarlanmayıb".
Video: Sevinc Xanqızı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO











.jpg)
















.jpg)






.jpg)


