Hadisə
Azərbaycanın Xalq rəssamı vəfat etdi
Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli qrafika ustası, Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar rəssam, professor Cəmil Miryusif oğlu Müfidzadə 2019-cu il dekabrın 20-də ömrünün 86-cı ilində vəfat edib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə Naxçıvanın Ordubad rayonunda anadan olub. O, 1948-1955-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Rəssamın diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olub. O, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnistitutunun “Qrafika” fakültəsinin tələbəsi (1959-1962) olmuşdur. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir.
O, tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak edib. Rəssamın işlədiyi “Doğma düzənlər” ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunub. O, 1961-ci ildə III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak edib.
Cəmil Mufidzadə qrafika sənətinin fərgli texnikalarından yaradıcılıqla istifadə edib. Rəssam ksilloqrafiya texnikasında işlədiyi “Bakı albomu” (1962-1966), “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. əsərlərin adlarını qeyd etmək olar. Rəssamın yaradıcılığında “İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur. “Əcdadlarımızın yaşayış yerləri” (1968), “Göy pəncərəli evlər” (1968), “Babaların yurdu” (1968), “Köhnə Bakı” (1970), “Azərbaycan qadının keçmişdə” (1971), “Şirvanşahlar sarayı” (1971), “Xan saryı” (1977,1992), “Köhnə evlər” (1977), “Qədim Bakı” (1977), “Yeni Məscid” (1977), “Türbə” (1984), “Dəvələr” (1985), “Qız qalası” (1985), “İçərişəhər” (1991), “Təndir” (1992), “Suçular” (1993), “Şirvan qapıları” (1993), “Namaz” (1993), “Tut ağacı”, “Karvansaray” (2003) və digər əsərlər İçərişəhərə həsr edilmiş lövhələrindədir.
O, qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunub. Cəmil Müfidzadənin qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın “Bakı-neft paytaxtıdır”, “Abşeron nefti”, “Çənlər parkı”, qarışıq texnikada isə “Neft ehramı”, “Neft saxlancı”, “Neft mədənlərində” əsərlərinin adlarını qeyd etmək olar.
Rəssam, 1960-1970-ci illər yaradıcılığıda yer alan “Buhenvald” (1965-1967), “Sülhün keşiyində” (1970-1972), “Bakı-neft paytaxtıdır” (1967-1970), eləcə də səksəninci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra işlədiyi “Bu bir daha təkrar olmamalıdır” (1982-1983) silsilələrində dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirib.
Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.
Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer almışdır. Topluya “Axırıncı tikan”, “Qurumuş çeşmə başında”, “Əsrlərin görüşü” və “Naməlum səs” əsərləri daxildir.
Cəmil Müfidzadənin digər qrafik silsiləsindən “Şimal”a (1976-1979) “Bəyaz gecələr”, “Şaxta 45 dərəcədədir”, “Şimalın adi günləri”, “Balıqçı adası” lövhələrinin adlarını qeyd etmək olar. Onun “Misir təəssüratları” (2004-2006) silsiləsinə “Tənha yolçu”, “Misir tarixi”, “İki dost”, “Daimi dostlar” tabloları daxildir.
Rəssamın Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunub.
Cəmil Müfidzadənın əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qaleriyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında qorunub saxlanılır.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə fırça ustası 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.
Cəmil Müfidzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
-
Qoroskop12:57
Ən əsəbi 3 bürc - Gözlərinə görünməyin, nə edəcəkləri bəlli olmaz
-
Nida Xəbər 11:52
Heydər Əliyev və xanımı film təqdimatında - FOTO
-
MDB11:30
Ukrayna ŞOKDA: Görün vurulan Rusiya PUA-sında nə tapıldı - FOTO
-
MDB11:00
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
-
Region10:30
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi...
-
Dünya08:55
Nəsrullah dəfn edildi: gizli yerdə...
-
İdman06:46
Morata merin davranışından küsdü: Bu şəhərdə ev almaqdan imtina etdi
-
Elm və təhsil03:45
Buraxılış imtahanının modeli dəyişdirildi - Şagirdlərə necə təsir edəcək?