Hadisə
Bakıda bitki yağının kərə yağı kimi qablaşdırıldığı anbar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, 7-ci döngə ünvanında yerləşən anbarda reyd keçirib.
AQTA-dan Publika.az-a verilən məlumata görə, reyd zamanı “LV Standart” MMC tərəfindən idxal olunan “Goldenline” əmtəə nişanlı bitki-kərə spredlərinin Yaqubov Natiq Şaqaim oğlu tərəfindən 800 qram və 1 kq-lıq hissələrə bölünərək “Goldenline” slivoçnoe əmtəə nişanlı kərə yağı kimi etiketlənərək ticarət şəbəkələrinə satılması faktı aşkar edilib.
Eyni zamanda yağların üzərində istehlak xüsusiyyətinin öz əksini tapmadığı və qablaşdırılan yağların üzərində bitki yağı olması ilə bağlı heç bir məlumatın yazılmadığı müəyyən edilib.
Anbarda xammal kimi 670 kq, “Goldenline” əmtəə nişanı adı altında etiketlənərək kərə yağı kimi qablaşdırılan 315 kq yağ müəyyən edilib. Məhsullardan götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitunun müvafiq labortoriyalarına təqdim olunub.
Aşkarlanan faktlar əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bitki yağ spredinin kərə yağı kimi etiketlənməsinin həyata keçirildiyi anbarın fəaliyyəti məhdudlaşdırılıb və kərə yağ adı altında etiketlənən məhsulların satışının qarşısı alınıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)