Hadisə
Qəbələyə istirahətə gedənlər belə yaxalandı - FOTO
Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq və yaxud iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək istirahət məqsədilə rayona gedən şəxslər aşkar olunub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, əsasən istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən avtomobillər yoxlanış məqsədilə saxlanılıb. Polislər tərəfindən planşet vasitəsilə yoxlanılan zaman bəzi şəxslərin portalda iş üçün icazələri olsa da, onların ailə üzvləri ilə birgə istirahət məqsədilə rayona üz tutduqları müəyyən edilib. Həmçinin, reyd zamanı karantin qaydalarını pozaraq icazələri olmadan yaşadıqları rayonları tərk edən vətəndaşlara da rast gəlinib. Polis Şöbəsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində cərimə protokolu tərtib olunub.
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir. Bir daha vətəndaşlarımızdan özlərinin və digərlərinin də sağlamlığı üçün karantin qaydalarına riayət etmələri xahiş olunur.


-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı



































.jpg)

.jpg)