Hadisə
İstanbulda "I" ƏMƏLİYYATI: İmtahana girənlərə xüsusi cihazlarla cavabları ötürən azərbaycanlı tutuldu
İstanbul polisi 15 iyul Demokratiya Otogarında (avtovağzalı) üzərində gəzdirdiyi xüsusi çantada yerləşdirilmiş cihazlarla sürücülük vəsiqəsi almaq üçün imtahana girənlərə cavabları ötürən Azərbaycan vətəndaşı saxlanılıb.
Türkiyə KİV-ləri xəbər verir ki, polis Bayrampaşada yerləşən avtovağzalda şübhəli hərəkətlər edən şəxsi izləməyə başlayıb.

Onun yanında qara çanta ilə ora-bura dolaşmasından şübhələnən polis şəxsi saxlayıb və axtarış aparıb. Çantanın içindən 1 ədəd mobil Wi-Fi qurğusu, 2 ədəd sim-kartı olan aparat, 2 ədəd batareya, 2 ədəd kabelli bağlantı aparatı, 3 qulaqcıq, 1 ədəd cib telefonu, 1 ədəd yapışqanlı kağız lent, paltarın üstünə yerləşdirilmiş, kameralı və batareyalı surətçıxaran aparat aşkarlanıb.

Məlum olub ki, Azərbaycan vətəndaşı N.F. sürücülük kursunda imtahan verənlərə bu cihazlarla sualların cavablarını ötürürmüş. Və əvəzində pul alırmış. Əməliyyatı başa çatdırandan sonra onun ləngimədən avtovağzaldan avtobusla başqa şəhərə getməyə hazırlaşdığı məlum olub. Polis onu saxlayıb, dindirib və məhkəməyə çıxarıb. Şəxs başqa yerə getməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb. (virtualaz.org)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)