Hadisə
ADNSU-nun iki dosenti vəfat etdi
Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin (ADNSU) iki dosenti vəfat edib.
Ali təsil müəssisəsinin Faydalı qazıntı yataqlarının geologiyası və işlənməsi kafedrasının dosenti Məmmədkərim Abbasov 71 yaşında dünyasını dəyişib.
Bundan əlavə, universitetin Neft-qaz mühəndisliyi kafedrasının dosenti Cahangir Axundov isə 84 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, M.Abbasov 1949-cu ildə anadan olub. O, 1966-1971-ci illərdə Geoloji-kəşfiyyat fakultəsini bitirərək dağ mühəndisi-geoloq ixtisasına yiyələnib. Geologiya mineralogiya elmləri namizədi M.Abbasov 1984-cü ildən ADNSU-da işləyib. 1988-1990-cı illərdə Konqo Xalq Respublikasında müəllim, 1994-1999-cu ilədək Geoloji Kəşfiyyat Fakültəsinin dekan müavini, 1989-2007-ci illərdə fakültə dekanı vəzifəsində çalışıb. Alim 44 məqalə, 24 tezis, 16 dərs vəsaiti və 2 dərslik müəllifidir.
C.Axundov isə 1936-ci ildə anadan olub. 1953-58-ci illərdə Azərbaycan Sənaye institutununun Neft-mədən fakültəsini bitirib və təhsilini bitirdikdən sonra ixtisası üzrə işləməyə başlayıb. 2009-cu ildən ADNSU-nin “Neft-qaz mühəndisliyi kafedrasının” dosenti olub. Alimin 15 elmi məqalə və 5 ədəd dərslik kitabları nəşr olunub. (report)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)