Hadisə
Türkiyə-Naxçıvan yolu açıldı - FOTO (YENİLƏNDİ)
Türkiyənin İğdır bölgəsi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasındakı avtomobil yolu nəqliyyatın istifadəsi üçün yenidən açılıb.
Məlumatı “TRTHaber” yayıb.
xxx
Bu gecə Türkiyənin İğdır bölgəsinə yağan şiddətli leysan daşqına səbəb olub və sel suları nəticəsində Türkiyə-Naxçıvan avtomobil yolu bağlanıb. Nəticədə, Türkiyənin Azərbaycan, İran və Orta Asiya respublikaları ilə nəqliyyat əlaqəsi kəsilib.

İğdırın Aralıq rayonunda baş verən daşqın fəlakəti nəticəsində tarlalara da ciddi ziyan dəyib. Ağrı dağı bölgəsində gecə saatlarında başlayan şiddətli leysan tezliklə sel daşqınlarına səbəb olub vəsül sularının yuyub gətirdiyi daş-çınqıl Türkiyə-Naxçıvan yolunu bağlayıb. Bölgəyə jandarma, bələdiyyə, fövqəladə vəziyyətlər üzrə agentlik olan AFAD xilasediciləri, texnika səfərbər edilib. Yolun təmizlənməsi üçün işlərə başlanılıb, yerli sakinlər də bu işə dəstk verirlər.

Aralik bələdiyyə başqanı Mustafa Güzelkaya jurnalistlərə bildirib ki, daşqın iki məhəlləyə də ziyan vurub. “Maddi ziyan var. Tək təsəllimiz insan itkisinin olmamasıdır. Təbii fəlakət baş verib. Dövlətimiz güclüdür, bunun öhdəsindən gələcək. Çevik müdaxilə etdik və böyük fəlakətin qarşısını aldıq. Allaha şükürlər olsun, bundan da betəri var. Ağrıdan gələn sel sularına görə bunlar yaşandı”,-o deyib.

Güzelkaya deyib ki, ilk növbədə Türkiyə-Naxçıvan quru yolunu açmağa çalışırlar. Və tezliklə yolu açacaqlar, çünki hadisə yerində çoxsaylı briqadalar işləyir. (virtualaz.org)
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu











.jpg)
























.jpg)


