Hadisə
Mal-qara arasında ölümcül xəstəlik yayıldı - VİDEO
Azərbaycanda mal-qara təsərrüfatlarında 10-15 ildən bir yayılan, müalicəsi mümkün olmayan ölümcül xəstəlik yayılıb.
Publika.az Report-a istinadən xəbər verir ki, bu xəstəlik Ağcabədinin Kəhrizli kəndində Bakir Qəhrəmanova məxsus fərdi təsərrüfatda sahə baytar həkimi tərəfindən aşkar edilib.
Sahə baytar həkimi İlham Zeynalov bildirib ki, bu xəstəlik ölümcül və nadir xəstəlikdir:
“Bu hər il yayılan xəstəlik deyil. Bu xəstəlik 10-15 ildən bir tək-tək təsərrüfatda yayılır. Əsasən mal bazarında və mal-qara içərisinə yeni heyvanlar gətirildikdə, həmçinin heyvanlarda olan gənələrdən yarana bilir".
Sahibkar Bakir Qəhrəmanov bildirib ki, xəstəlik aşkar olunandan bu günə qədər bir neçə təsərrüfatda xeyli iribuynuzlu və xırdabuynuzlu heyvan tələf olub:
"Sahə baytarları evə qədər gəlib mal-qaraya baxırlar, müalicə edirlər, vaksin və peyvənd vururlar. Həkimlər əziyyət çəkirlər, ancaq gördükləri işlərin bir xeyri yoxdur. Heyvanların tələf olmasının qarşısının alınması üçün həkimlərin gördüyü tədbirlər nəticəsiz qalıb. Xəstəliyə yoluxduqdan sonra bir neçə gün ərzində səkkiz baş iribuynuzlu, iki baş isə xırdabuynuzlu heyvan tələf olub. Gəlirlər, əziyyət çəkirlər, müalicə eləyirlər, amma yəqin ki, onun dərdini dəqiq tapsaydılar, 8 baş heyvanım ölməzdi".
Sahibkar Allahverdi Qəhrəmanov isə deyib ki, heyvanlar tələf olmamışdan əvvəl gözləri və ayaqları tutulur:
"Elə bir xəstəlikdir ki, yoluxdusa, mütləq heyvan ölür. Heç bir müalicə bu xəstəliyə yoluxan heyvanı tələf olmaqdan xilas edə bilmir".
Nadir hallarda rast gəlinən bu xəstəlik, mütəxəssilərin bildirdiyinə görə, yoluxucu deyil. Təmas zamanı nə heyvana, nə də insana keçici xüsusiyyəti var. Xəstəliyin yayılma qorxusu olmasa da, aşkarlandığı təsərrüfatda olan heyvanların məhvolma təhlükəsi böyükdür.
Sahə baytar həkimi İ.Zeynalovun sözlərinə görə, bu xəstəliyin heç bir qabalayıcı tədbiri, müalicəsi və peyvəndi yoxdur:
"Bu təsərrüfatda baş verən xəstəlik “Yaman xataral isitmədir”. Heyvanların bu xəstəliyə yoluxmaması üçün ilk növbədə mal-qaranın təmizliyinə, qidalanmasına diqqət yetirib, yaxşı örüşdə gərək otarasan. Mal-qaranı mütəmadi çimizdirmək və gənələrdən təmizləmək lazımdır. Bu xəstəliyə yoluxan mal-qaraların 95%-i tələf olur, 5%-inin isə gözləri və ya ayaqları tutulur. Bunun tam müalicəsi yoxdur".
Rayon baytarlıq idarəsindən bildirilib ki, vətəndaşın təsərrüfatında baş verən tələfat barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Tələf olan heyvanlardan nümunələr götürülərək laboratoriyaya göndərilib. Əldə olunan nəticələr isə xəstəliyin müalicəsinin mümkün olmadığını deməyə əsas verir.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






