Hadisə
Evinə geri qaytarılan şəxsə cinayət işi açıldı
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Radim Qədirovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib və karantin qaydalarına riayət etməsi tapşırılıb. Lakin həmin şəxs yaşadığı ünvanı tərk edərək kafeyə gedib və infeksiyanın yayılmasına real şərait yaradıb. Əraziyə həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.
R.Qədirov barəsində Ağsu RPŞ-də Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.
-
Magazin108:36Vəfat edən əri ilə bağlı paylaşım etdi - VİDEO
-
İdman08:00Fransa dünya çempionatına bu heyətlə gedir
-
Magazin106:16Nəsrinin serialı nə vaxt başlayır?
-
Avto05:15Ən ucuz avtomobil 2030-cu ilə qədər yoxa çıxa bilər - FOTO
-
Sosial04:14Mətanət Qarayeva vəzifəsindən azad edildi
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
































.jpg)



