Hadisə
2 uşaq xilas edildi, digəri öldü - Azərbaycanda qorxunc olay - TƏFƏRRÜAT/FOTO
Ötən gün Kür çayının Salyan rayonunun Babazanlı kəndindən keçən hissəsində 15 yaşlı oğlanın batması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Publika.az xəbər verir ki, hadisə 15 yaşlı Emil Baxışov və digər iki yeniyetmə Kürdə taxta qayıqla gəzintiyə çıxan vaxt baş berib. Belə ki, Kür çayında hərəkətdə olarkən qayığa su dolmağa başlayıb.
Bu zaman qayıqçı 2 azyaşlı uşağı xilas etsə də, 15 yaşlı Emil Əziz oğlu Baxışov suda boğulub. Bir neçə saat davam edən axtarışlardan sonra ötən gecə Emilin meyiti çaydan tapılıb.
Bədbəxt hadisənin qurbanı olan yeniyetmənin fotolarını təqdim edirik.
*****
08:36
Kür çayının Salyandan keçən hissəsində boğulan gəncin meyiti çıxarılıb.
Publika.az xəbər verir ki, 2006-cı il təvəllüdlü Baxışov Emin Əziz oğlunun meyiti ötən gecə FHN-in dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ötən gün axşam saatlarında Salyanın 3 sakininin olduğu qayıq çevrilib. Hadisə nəticəsində 2 nəfər xilas olub, E.Baxışov isə çayda bataraq boğulub.
Faktla bağlı araşdırma aparılır.
xxx
29.08.2021 - 22:30
Salyanda Kürdə boğulan gəncin axtarışları hələ də davam edir.
Publika.az xəbər verir ki, Salyan şəhər sakini, 15 yaşlı Baxışov Emin Əziz oğlu və daha iki nəfər qayıqla Kürün Şirvan tayına keçmək istəyən zaman qayıq aşıb. Bu zaman onların hər üçü çaya düşüb. Çaya düşənlərdən ikisi xilas olunsa da, E.Baxışov Kürdə batıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
xxx
23:49
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğlunun batması barədə məlumat daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.
-
Ekopublika.az08:37Bir sıra dövlətlərin mərkəzi bankları qızıl ehtiyatlarını azaltmağa başladılar - Nə baş verəcək?
-
MDB07:15Rusiyada miqrantlarla bağlı sərt qərar
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?



































