Hadisə
Gəncə xanlığının gümüş pulunu 2 milyon 740 min dollara satmaq istəyən kimdir? - FOTO
Rusiyanın Belqorod şəhərində naməlum şəxs, iddia etdiyi kimi, 1178-ci ildə buraxılmış gümüş pulu satışa çıxarıb. “Fyodor” niki ilə elan saytlarından birində yerləşdirilmiş elanı yerli jurnalistlər araşdırıblar. Satıcı bildirir ki, həmin pulu 200 milyon rubla (təxminən 2 milyon 740 min dollara) satır.
Sikkənin təsvirində deyilir ki, bu gümüş pul Gəncə xanı Məhəmmədhəsən xanın dövründə hazırlanıb və “abbası” adlanır.
Və satıcı iddia edir ki, gümüş pulu Gəncə xanlığının ərazisində aparılan qazıntı zamanı tapıblar. Və pul Gəncə şəhərində 1178-ci ildə buraxılıb. Jurnalistlər qiymətdə endirimlə maraqlanmaq üçün elan sahibinə zəng vurublar, o təsdiq edib ki, gümüş sikkəni 200 milyon rubla satmaq istəyir. Amma alan olsa biraz endirim edə bilər.

Lakin gümüş sikkəni satıb milyonlarla dollar qazanmaq istəyən bu şəxs tarixlə bağlı bir balaca səhvə yol verib. Çünki Azərbaycan ərazisində mövcud olmuş Gəncə xanlığının tarixi 12-ci əsrə deyil, 18-ci əsrə aiddir, xanlıq 1947-1804-cü illərdə fəaliyyət göstərib, 19-cu əsrin əvvəllərində rus generalı Sisyanovun hücumuna məruz qalıb, Gəncə qalası işğal edilib, sonuncu Gəncə xanı Cavad xan isə həlak olub. Bu işğal nəticəsində xanlıq süqut edib. Həmin Məhəmmədhəsən xan isə 18-ci əsrin sonlarına doğru Gəncə xanı olub.
Belqorodun yerli Go31.ru saytı da bu pul satışı elanı ilə bağlı xəbərində Gəncə xanlığının hansı dövrdə fəaliyyət göstərdiyini xatırladır. (virtualaz.org)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)