Hadisə
Bayram Nurludan SƏRT SÖZLƏR: Bacım oğlunun ölümündə...
Bacım 4-cü sinifdə oxuyan, eltisi isə 6-cı sinifdə oxuyan körpəsindən ayrıldı. 2 uşaq getdi, qismətə bağlamayın. Bu uşaqlar zəhərlənən gün səhərə yaxın Qax xəstəxanasına aparılıb. Günay adlı həkim bağırsaqları təmizləyib və mədəsini yuyub. Xəstəxanada saxlamayıb, deyib aparın evə. Ailələri də inanıb evə gətirib, uşaqlar haldan-hala düşüblər, ac qalıblar. Ancaq dərmanla su içiblər. Həkimə zəng edib vəziyyəti danışsalar da, əlimdən gələni etmişəm, normaldır, qorxmayın deyib. Mən gəlib çatanda gördüm ki, uşaqlar özündə deyil.
Publika.az xəbər verir ki, bu sözləri İnstaqram fenomeni Bayram Nurlu bir neçə gün əvvəl Qaxda göbələk zəhərlənməsindən vəfat etmiş bacısı oğlu 9 yaşlı İbrahimxəlil Qasımzadə və onun əmisi oğlu 12 yaşlı Murad Qasımlı haqqında deyib. Hər iki uşağın həkim məsuliyyətsizliyindən vəfat etdiyini bildirən B.Nurlu sözlərinə belə davam edib:
“Sonra tibb bacısı çağırdım, dedi ki, uşaqları tez xəstəxanaya çatdırın. Uşaqların qohumlarım olduğunu biləndə qorxudan tez dedilər ki, Bakıya aparın. Təcili yardımla Bakıya çatdırıblar, amma gec idi, artıq zəhər bütün bədənə, qana yayılmışdı. Uşaqları Qax xəstəxanasına aparanda demək lazım idi ki, Bakıya aparın. 2 gün sonra yox. Sən bilirdin ki, bu uşaqlar pisdir, qan verməlidir. O isə 4-5 saat sonra uşaqları evə göndərib. Bu, sənin həkimlik savadın? Yaxşı həkimlərin adını batırıb ailələri yıxırsan. Vaxtında deməli idin ki, Bakıya çatdırın. Belə ağır xəstəni sən necə evə buraxmırsan? İnanıram ki, Səhiyyə Nazirliyi bu həkimlə bağlı ölçü götürəcək. İndi qorxudan zəngi açmır, kimə güvənirsən? Başım özündə deyil, amma belə qoymayacam. Bütün Qax deyir ki, o həkim uşaqları anında Bakıya göndərməli idi. Bu həkim vicdan əzabı çəkmir, 2 körpəni, ana və ataları gözüyaşlı qoydu”.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)
























