Köməksiz vəziyyətdə qalan azyaşlı XİLAS EDİLDİ
Bizi izləyin

Hadisə

Köməksiz vəziyyətdə qalan azyaşlı XİLAS EDİLDİ

Köməksiz vəziyyətdə qalan azyaşlı XİLAS EDİLDİ

"112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Publika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlını xilas edib və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm