Hadisə
Bakıda avtomobil park etmək üstündə dava-dalaş – Sümüyünü sındırdılar
Bakıda növbəti dəfə avtomobili düzgün park etməməyə görə dava-dalaş olub.
Publika.az xəbər verir ki, Xətai rayonu ərazisində, Sarayevo küçəsində - “Bakı” kinoteatının qarşısında sürücü ilə “parkovşik” arasında münaqişə baş verib.
Hadisə zamanı Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Rəşad Səlimov ərazidə avtomobillərin park edilməsinə nəzarət edən şəxsin ona irad bildirməsinə əsəbləşərək dava salıb. Belə ki, o, idarə etdiyi “Opel” markalı avtomobili kinoteatrın qarşısında saxladıqdan sonra münaqişə baş verib. Rəşad Anar Əliyevə başı ilə zərbələr endirərək onun burnunu sındırıb, həmçinin göz nahiyəsində qançirlərin yaranmasına səbəb olub.
Hadisəni törədən şəxs barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə iş açılıb.
Xətai rayon Məhkəməsi “parkovşik”i döyən sürücünün azadlığının 1 il müddətinə məhdudlaşdırılmasına və ona elektron nəzarət cihazının taxılmasına qərar verib.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)