Hadisə
Astarada şadlıq sarayının sahibi cərimələndi
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlərlə Astara rayonu ərazisində yerləşən “Cənnət” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub.
Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmçinin rayonun Şiyəkəran kəndi ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində də karantin rejim qaydalarının pozulduğu aşkarlanıb. Həmin toyun təşkilatçısı Ş.Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)