Hadisə
Bakıda yüksək vəzifələrdə çalışmış şəxs dəhşətli qəza törətdi - ÖLƏNLƏR VAR/FOTO
Bakıda ər və arvadının ölümü ilə nəticələnən ağır yol qəzasını törədən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az xəbər verir ki, hadisəni törədən ötən gün saat 17:50 radələrində idarə etdiyi 90 DR 500 nömrəli “Jeep Grand Cherokee” markalı avtomobillə Binə-Atçılıq adlanan ərazidə 1957-ci il təvəllüdlü Zahid Kazımov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Möhtərəm Kazımovanı vurub ökldürən Rövşən Əsgərov biznesmendir. Belə ki RAM MMC-nin təsisçisi olan R.Əsgərov daha əvvəl sığorta şirkətlərində yüksək vəzifələr tutub. O, “AzSığorta” şirkətinin filiallarla iş departamentinin müdiri, “Standard İnsurance” sığorta şirkətinin Korporativ satış departamentinin direktoru işləyib.
İlkin araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi ərazidə piyada keçidi yoxdur və insanlar həyatlarını təhlükəyə ataraq yüksək sürət həddinin olduğu yola çıxırlar.
*****
10:20
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Publika.az xəbər verir ki, Xəzər rayonu ərazisində Aeroport yolu kimi tanınan magistralın Binə qəsəbəsi Atçılıq massivindən keçən hissədində Əsgərov Rövşən idarə etdiyi "Jeep-Grand Cherokee" markalı avtomobillə yolu keçməyə çalışan 1961-ci il təvəllüdlü Möhtərəm Kazımova və onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Zahid Kazımovu vurub. Nəticədə piyadalar aldığı xəsarətlərdən hadisə yerində ölüblər.
Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanılıb.
İlkin araşdırmalar zamanı məlum olub ki, ərazidə piyada keçidi yoxdur və ər və arvadı yiolu keçmək üçün avtomobil yoluna çıxmalı olub.
Muxtar
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)

























