Hadisə
Bakıda 4 yaşlı qızın öldürülməsi ilə bağlı YENİ FAKTLAR - VİDEO
Video əlavə olunub.
***
Bakı şəhər Qala qəsəbəsi Xaşaxuna bağlar massivində 4 yaşlı qızın qonşu tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.
Publika.az-ın əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlini vurub öldürən 1990-cı il təvəllüdlü Mehman Mansurov ilkin ifadəsində hadisəni yanvarın 22-dən 23-nə keçən gecə törətdiyini bildirib.
Belə ki, azyaşlının atası uşağı qonşuda yaşayan ailəyə verib getdikdən sonra həmin gün geri qayıtmayıb. Sürücü işləyən M.Mansurov həmin gecə qeyri-rəsmi nikah münasibətində ər-arvad kimi yaşadığı qadınla birgə gecə saatlarında uşağın ağladığını görüb.
Yuxusu pozulan M.Mansurov azyaşlı qızı sakitləşdirə bilmədiyini görərək ona zərbələr endirib. Bu zaman Məryəmin öldüyünü görən şəxs onun meyitini götürərək həyətə çıxıb və dərinliyi 10 metrə yaxın olan quyuya atıb.
Qeyd edək ki, azyaşlının atası yanvarın 23-də övladını götürmək üçün qonşuya gəldikdə onun yoxa çıxdığını görərək polisə məlumat verib. Yanvarın 31-də Məryəmin öldüyü, qonşuluqda yaşayan mehman Mansurov tərəfindən meyitinin quyuya atıldığı, üstünə qum və mişar daşlarının atıldığı məlum olub. FHN xilasedicilərinin köməkliyi ilə meyit quyudan çıxarılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin








.png)














.webp)










.jpg)
.jpg)