Hadisə
Xocavənddə DƏHŞƏTLİ HADİSƏ: Çox sayda Türkiyə vətəndaşı... - RƏSMİ - YENİLƏNDİ
Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində Bakı Sağlamlıq Mərkəzinə müştərək travmalarla 13 nəfər yerləşirilib.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumata görə, onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağır kimi qiymətləndirilir. Digər 9 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir. Hazırda müayinə və müalicələr davam edir.
xxx
Ötən gün Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya düşməsi nəticəsində xəsarət alanların sayı açıqlanıb.
Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) "Report"a verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.
xxx
Bu gün axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.
Bu barədə Publika.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumatda bildirilir ki, qəza Xocavənd rayonu ərazisində baş verib.
"Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar var. Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə daha ətraflı məlumat veriləcək", -deyə agentlikdən bildirilib.
-
Sosial00:45Əziz Əlibəyli vəzifəsindən ayrıldı
-
Qoroskop00:15Günün ulduz falı - Sevgidə diqqət sizə yönələ bilər
-
İdman10 Mart 23:48“Qalatasaray” azarkeşləri Osimheni belə ağlatdılar - Video
-
MDB10 Mart 23:36Arvadının keçmiş ərini beysbol dəyənəyi ilə vəhşicəsinə döydü
-
Region10 Mart 22:36Bayraktar Paşinyanla nüvə enerjisindən danışdı - Foto
-
Sosial10 Mart 21:24Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
-
MDB10 Mart 20:50Vahid Ələkbərov Rusiyanın ən varlı üçüncü adamı oldu
-
MDB10 Mart 20:40Rusiya "Starlink"in analoqunu sınaqdan keçirəcək













.jpg)























