Hadisə
Bakıda özünü qatarın altına atan qadınla bağlı YENİ XƏBƏR
Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında özünü qatar yoluna atan şəxsin kimliyi məlum olub.
Həmin şəxs Bakının Binəqədi rayon sakini, 1988-ci il təvəllüdlü Mirzəxanova Elnarə Minətulla qızıdır. Hadisə nəticəsində qadın ağır bədən xəsarətləri alıb. Yaralı Təcili Tibbi Yardım Briqadasının köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib ki, yaralı dünən gecə saatlarında qapalı kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun müalicəsi davam etdiriilir.
Xatırladaq ki, hadisə "Azadlıq prospekti" metrostansiyasında, Dərnəgül-Həzi Aslanov xətti üzrə hərəkət edən qatar yolunda baş verib. Axşam saat 21:54 radələrində stansiyada olan sərnişinlər arasında orta yaşlı bir qadın özünü qatar yoluna atıb. Hadisə qatar stansiyaya daxil olarkən baş verib. Dərhal maşinistə məlumat verilib, 21:55-də qatar relsində gərginlik dayandırılıb. Qadın qatar yolundan çıxarılandan sonra, saat 22:05-də gərginlik bərpa olunub və qatarların hərəkəti təmin edilib. (Trend)
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)