Hadisə
Sabiq bank rəhbərinin bütün əmlakı müsadirə edildi - SİYAHI
“Zaminbank” ASC-nin Müşahidə Şurasının sədri olmuş Nadir İsmayılovun əmlakları müsadirə olunub.
Publika.az trend-ə istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilən Nadir İsmayılovun əmlakları zərərin ödənilməsinə yönəldiləcək.
Məhkəmənin hökmü ilə Nadir İsmayılovun üzərinə həbs qoyulan aşağıdakı əmlakları müsadirə edilib:
- Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 117B, mənzil 42 və 43
- Xətai rayonu, Babək prospektində yerləşən 0,3809 kv.m torpaq sahəsi, ünvan 11 ünvanda yerləşən 0,0804 ha torpaq sahəsi
- Nəsimi rayonu, ünvan 12-də yerləşən qeyri-yaşayış sahəsi
- Xətai rayonu, Babək prospekti 8/10 (10-cu Zavod-8) ünvanda yerləşən 733,7 kv.m qeyri-yaşayış sahəsi
- Bakıda yerləşən daha bir mənzil
- Ailə üzvləriin adına olan 0,18 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi
- Başqa bir yaşayış evi
- “Jeep Wrangler”, “Mersedes Benz S500”, “Bentley Continental” və “Mersedes Benz G63 AMG” markalı maşınlar.
Nadir İsmayılov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. N.İsmayılov 2010-2015-ci illərdə banka məxsus külli miqdarda pul vəsaitini mənimsəməklə “Zaminbank” ASC-nin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanır. Onun ayrı-ayrı şəxslərə qarşı 5 milyon 175 min manatlıq dələduzluq etdiyi də bildirilir. N.İsmayılov Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq maddələri ilə ittiham edilir
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)

























