Hadisə
FHN bazarda yanğınla bağlı əməliyyat görüntüləri yaydı - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 28-i axşam saatlarında Qazax şəhərinin Mərkəzi bazarında baş verən yanğın barədə məlumat yayıb.
FHN-dən Publika.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Qazax şəhərinin Mərkəzi bazarında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal yanğın yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının geyim mağazalarında baş verdiyi və obyektlərin bir-birinə bitişik olması səbəbindən digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Əməliyyat şəraitinə uyğun olaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın geniş əraziyə yayılmasına imkan verilməyərək qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində Mərkəzi bazar ərazisində sahələri müvafiq olaraq 72 kv.m və 20 kv.m. olan iki geyim mağazası yanıb. Bazarın böyük hissəsi, o cümlədən bitişik mağazalar yanğından mühafizə olunub.
-
Sosial09:18Bu rəsmi qurumların saytları açılmır
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat






.jpg)
.jpg)



.png)
.jpg)
























