Hadisə
Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Oğul yaşlı anasını DÖYƏ-DÖYƏ ÖLDÜRDÜ
Martın 09-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şabran rayon Prokurorluğundan Publika.az-a bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!







.jpg)































