Hadisə
Sumqayıtda kişi ilə qadının meyiti tapıldı
Sumqayıtda binanın damında meyit tapılıb.
Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının damından 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müraciətlə əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 1963-cü il təvəllüdlü Mərdəliyev Altay Teymur oğlunun meyiti aşağı düşürülərək aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1950-ci il təvəllüdlü Belarusova Zoya Aleksandrovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























