Hadisə
Bakıdan Dohaya gedən pakistanlının çantasından 4 kq heroin tapıldı - FOTO-VİDEO
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.
Publika.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.
Bildirilib ki, Bakı-Doha aviareysi ilə gedən Pakistan vətəndaşı Umar Muhammada məxsus çamadanlar rentgen aparatından keçərkən, monitorda şübhəli əşyaların təsviri əks olunub.
Bundan sonra həmin sərnişin steril zonada gömrük əməkdaşları tərəfindən saxlanılıb, müvafiq qanunvericiliyə uyğun olaraq yoxlama otağına dəvət edilib.
Yoxlama zamanı vətəndaşa məxsus çamadanın içərisindəki şəxsi geyim əşyaları boşaldılıb. Daha sonra çamadanın astarı, karton altlığı sökülüb və aşkar olunması çətinləşdirilmiş üsullardan istifadə etməklə çamadanın alt hissəsinə yapışdırılmış sellofan paket çıxarılıb. Baxış zamanı paketin içərisində gömrük nəzarətindən gizlədilən açıq qəhvəyi rəngli toz şəklində, kəskin qoxuya malik 4 kq 130 qram narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır






.jpg)
.jpg)



.png)


























