Hadisə
Beyləqan sakinləri 5 kiloqramdan çox heroinlə tutuldu
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Beyləqan RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli vasitələri satış məqsədi ilə əldə etməkdə şübhəli bilinən rayon sakinləri Vaqif Əsədov və Vüsal Abdullayev saxlanılıblar. Həmin şəxslər Beyləqan rayon ərazisindən keçən magistral yolda müəyyən ediliblər.
Onlara məxsus torbaya baxış keçirilən zaman 5 ədəd polietilen qablaşdırmada ümumi çəkisi 5 kiloqram 430 qram olan heroin və 300 ədəd güclü təsiredici xassəyə malik preqabalin həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılıb və adıçəkilən şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı















.jpg)
.webp)

















