Hadisə
Narkotiki zirzəmidə saxlayan şəxs tutuldu - FOTO
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, rayonun Güvəkənd kənd sakini Qaçay Namətovun yaşadığı ünvanda narkotik saxlaması barədə polis şöbəsinə əməliyyat məlumatı daxil olub.
Həmin ünvan dərhal nəzarətə götürülüb və keçirilən tədbir nəticəsində əvvəllər də eyni əmələ görə xarici ölkədə məhkumluq həyatı yaşayan Q.Namətov tutularaq istintaqa təhvil verilib. Onun evinə baxış keçirilən zaman zirzəmidə gizlətdiyi və satış məqsədilə hazır şəkildə sellofan torbalarda, şüşə qablarda, eləcə də kibrit qutularında qablaşdırdığı, ümumi çəkisi 1 kiloqram 270 qram olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)