Hadisə
Səlim Müslümov 20 milyon manat ödədi - Məhkəmə
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim hakim Faiq Qəniyevin icraatında baş tutan prosesdə prokuror Babaxan Həsənəliyev ittiham aktını elan edib.
Məlum olub ki, ittiham aktı 573 səhifədir, şahidlərin sayı 341 nəfərdir.
İttiham altında qeyd olunub ki, sabiq nazir "Avrora-94" MMC, "Sübhan 2014" MMC, "Araz 2012" MMC-dən rüşvət alıb. Bundan başqa, əlillərin sanatoriyasından, reabilitasiya avadanlıqlarını satışı ilə məşğul olan şirkətlərdən də rüşvət alınıb.
Mərdəkan qəsəbəsində müalicə pansionatının təmiri üçün ayrılan pullar da israfçılığa yol verilib.
Daha sonra qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri üçün tikilib evlərdən ayrılan pullar da mənimsənilib.
Səlim Müslümovun dövlətə vurduğu ziyanın 20 milyon manatını ödədiyi məlum olub.
Növbəti proses avqustun 29-da davam edəcək.
Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb.
İstintaq həmin ödənilən məbləğin Maliyyə Nazirliyinin müvafiq hesabına köçürülməsi barədə qərar qəbul edib.
Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Səbail rayon Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub.
(Teleqraf.com)
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)























