Hadisə
Ata evdən qaçan qızını öldürdü - - TƏFƏRRÜAT-FOTO/YENİLƏNDİ
Abşeron rayonunda qadının qətli ilə bağlı yeni təfərrüat məlum olub.
Məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.
Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.
Məlumata görə, A.Abdullayevin bir azyaşlı övladı var.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
xxx
16:43
Azərbaycanda itkin düşən qadının meyiti tapılıb.
Publika.az xəbər verir ki, Abşeron rayonunda aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası tərəfindən qətlə yetirildiyi məlum olub.
Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ehtimal edilir ki, atası qızının ardınca rayondan Abşerona gəlib və burada onu öldürüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
(Report)
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)

























