Hadisə
Elçin Sadıqova qarşı da cinayət işi açıldı
Vəkil Elçin Sadıqov barəsində cinayət işi başlanıb.
Publika.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 311-ci maddəsi (rüşvət alma) ilə ittiham irəli sürülüb. Barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı verilib.
Baş Prokurorluğun istintaq İdarəsi tərəfindən Elçin Sadıqovla bağlı həbs qətimkan tədbiri seçilməsi üçün Binəqədi Rayon Məhkəməsinə təqdimat göndərilib. Yaxın saatlarda növbətçi hakim tərəfindən təqdimata baxılacağı gözlənilir.
Qeyd edək ki, Elçin Sadıqovun adı müdafiəçisi olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq Əvəz Zeynallıya verilməsində hallanır. Vəkil özü isə bu məlumatları təkzib edir.
Bu gün onun evində və iş otağında Baş Prokurorluq əməkdaşları tərəfindən axtarış keçirilib, sənədlər götürülüb. Daha sonra isə E.Sadıqov özü də qurumun İstintaq İdarəsinə aparılıb.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)

























