Hadisə
Sabirabadda bazardakı yanğın söndürüldü - FOTO/VİDEO (YENİLƏNDİ)
Sabirabad şəhəri ərazisində yerləşən bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə Publika.az-a FHN-dən bildirilib.
Yanğının mürəkkəbliyinə və havanın küləkli olmasına baxmayaraq, əlavə yanğından mühafizə qüvvələrinin vaxtında cəlb edilməsi və yanğınsöndürənlərin peşəkar fəaliyyətləri sayəsində yanğının genişlənərək digər obyektlərə, o cümlədən bilavasitə yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsinə imkan verilməyib.
Yanğınla mübarizə tədbirlərində Sabirabad, İmişli, Hacıqabul, Saatlı rayonlarının Yanğından Mühafizə hissələri və Şirvan şəhər Yanğından Mühafizə Dəstəsinin ümumilikdə 12 ədəd yanğın texnikası və 88 nəfər canlı qüvvəsi iştirak edib.
xxx
00:00
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən Sabirabad şəhəri ərazisində yerləşən bazarda yanğının daha geniş sahəyə yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Bu barədə Publika.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
Yanğının mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi işlərinin sürətləndirilməsi məqsədilə Dövlət Yanğından Mühafizə Xidmətinin yaxın rayonlarda yerləşən hissələrindən əlavə qüvvələr qısa müddətdə hadisə yerinə cəlb olunub.
Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
xxx
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sabirabad şəhəri ərazisindəki bazarda yanğın olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən Publika.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO






.jpg)
.jpg)



.png)






















