Hadisə
Mənzildə meyiti tapılan dörd nəfərdən biri itkin düşmüş məktəblidir - FOTO
Bu gün Bakının Nərimanov rayonunda evdən tapılan 4 meyitdən birinin kimliyi müəyyənləşib.
Publika.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun 19 yaşlı Allahverdiyev Kamran Xaliq oğlu olduğu məlum olub.
Məlumatı mərhumun yaxınları təsdiq edib.
Məlum olub ki, hadisədən öncə Kamranın itkin düşməsi barədə polisə məlumat verilib. O, dekabrın 31-də dostunun ad gününə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Əlavə edək ki, Kamran Bakıdakı şadlıq evlərinin birində ofisiant işləyib. Onun ad gününə getdiyi dostunun adı isə Kənan olub. Kamranın yaxınları 31 dekabr tarixindən Kənanla da əlaqə yarada bilmədiyini qeyd ediblər.
Qeyd edək ki, Kamran Allahverdiyev Sumqayıtda 31 nömrəli məktəbin 10-cu sinif şagirdi olub. O, ailəsinin yaşayış yerini dəyişməsi səbəbiylə məktəbə gec başlayıbmış.
Xatırladaq ki, bu gün Bakının Nərimanov rayonunda bir mənzildən 4 nəfərin meyiti tapılıb. İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO






.jpg)
.jpg)



.png)























