Hadisə
Balakən sakinlərindən 4 tüfəng və narkotik götürüldü - FOTO
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyatlar keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon sakinləri - Mənsur Qaracayev, Mahir Akqubayev, Mehman Salihov və Aydın Cücüyevdən qanunsuz olaraq saxladıqları ümumilikdə 4 ədəd “İJ” markalı ov tüfəngi, eləcə də həmin silahlara məxsus patronlar aşkarlanıb. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotiklərin qanunsuz döviyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Mehdi Qunduzov və Nicat Məmmədov saxlanılıb. Onların üzərinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkarlanıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)