Hadisə
DYP-dən polisin təqib etdiyi avtomobilin aşması ilə bağlı açıqlama - VİDEO/YENİLƏNDİ
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev “Qafqazinfo”ya bildirib ki, məsələ nəzarətə götürülüb:
“Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.
Həmin görüntüləri təqdim edirik:
xxx
14:40
Bakıda yol polisi tərəfindən təqib edilən avtomobilin qəzaya düşməsini əks etdirən görüntülər yayılıb.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, görüntülərdən hadisənin Qaradağ rayonunda, Bakı-Ələt yolunun Sahil qəsəbəsi yaxınlığından keçən hissəsində baş verdiyi məlum olub.
“VAZ” markalı avtomobilin sürücüsü yol polisinin “saxla” əmrinə tabe olmayaraq hərəkətə davam edib və maşını yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə sürüb. Bu zaman məntəqə əməkdaşlarından avtomobilini gizlətməsini xahiş edən sürücü DYP maşınının yaxınlaşdığını görərək yenidən sürətlə sürərək uzaqlaşmağa başlayıb. Yağışlı havada təhlükəli manevrlər edən sürücü təxminən 1 dəqiqə sonra isə avtomobili aşırıb. Hadisə avtomobilin video-qeydiyyat cihazı tərəfindən anbaan lentə alınıb.
Hadisənin hansı tarixdə baş verməsi hələlik məlum deyil. Qəza ilə bağlı DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlamışıq.
Həmin görüntüləri təqdim edirik:
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)