Hadisə
Bakı sakinindən 15 kiloqrama yaxın narkotik götürüldü - FOTO
Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon ərazisində saxlanılıb.
Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı F.Əhmədov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, çantasından aşkarlanan narkotik vasitələri müəyyən məbləğ qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






.jpg)
.jpg)



.png)
























