Hadisə
Qəbələdə ağır yol qəzası: Ölənlər var - FOTO/YENİLƏNDİ
Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə yerində vəfat edib. Digər sərnişin Elşad Əzizli isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
X X X
19:59
Qəbələdə avtomobil ağaca çırpılıb, 2 nəfər ölüb, 1 nəfər yaralanıb.
Publika.az report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Vəndam qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Tofaş" markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı














.jpg)
.webp)


.jpg)















