Hadisə
Körpəsini öldürüb tətilə gedən anaya hökm oxundu
Keçən yay məzuniyyətə gedərkən 16 aylıq körpəsini öldürən qadına şərti azadlığa buraxılma ehtimalı olmadan ömürlük həbs cəzası verilib.
Publika.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatında Kristel Kandelario adlı qadın körpəsini evdə qoyub tətilə çıxaraq ölümünə səbəb olduğu üçün ömürlük həbs cəzasına məhkum edilib.
32 yaşlı Kristel Kandelario keçən ay günahını etiraf edib. Prokurorlar bildiriblər ki, Kristel Kandelario iyun ayında Detroit və Puerto-Rikoya səyahət edərkən körpəni Klivlenddəki evlərindəki oyun meydançasında tək qoyub.
Cuyahoqa rayon prokurorluğunun məlumatına görə, Kristel Kandelario səfərdən qayıdaraq Ceylini yerdə uzanmış vəziyyətdə tapıb və polisə müraciət edib. Təcili yardım gələnə qədər o, uşağının paltarını dəyişib və onun öldüyünü bilib. Tibbi ekspertlər onun aclıqdan və susuzluqdan öldüyünü müəyyən ediblər.
Aysel
-
ABŞ17 Dekabr 23:55ABŞ bu gecə müharibəyə başlayır? - Tramp hər an elan edə bilər
-
Hadisə17 Dekabr 21:57Sumqayıtda meyiti tapılan 18 yaşlı gənc partiya sədrinin nəvəsidir
-
Dünya17 Dekabr 21:0313 il öncə yoxa çıxan təyyarə TAPILDI
-
Dünya17 Dekabr 20:50Norveçdən Rusiyaya qarşı ilginc plan - Körpülər partladılacaq və...
-
İdman17 Dekabr 20:38Bu zədə ona baha başa gəlir: Hər oyuna görə 55 milyon itirir
-
Sosial17 Dekabr 18:50Azərbaycanda bir qrup şəxsə avtomobil VERİLƏCƏK
-
Sosial17 Dekabr 18:40Bu şadlıq sarayında dana əti adı ilə görün nə təqdim edilib - FOTO
-
Sosial17 Dekabr 18:20Məktəblilər arasında “snus” təhlükəsi: “Köşklərdə satılır” - VİDEO





































