Hadisə
Korrupsiya ilə bağlı 43 nəfər cinayət başında tutuldu
Ötən il Korrupsiya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiya cinayəti törədən 43 nəfər cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında əks olunub.
Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, hesabat dövrü ərzində Baş İdarə tərəfindən 290 şəxs barəsində 203 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 226 şəxs barəsində 158 cinayət baxılması üçün məhkəmələrə göndərilib:
“Məhkəmələrə göndərilmiş 226 şəxs barəsində 158 cinayət işindən 40 barəsində 29 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 55 şəxs barəsində 40 isə qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 16 şəxs barəsində 12 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 21 şəxs barəsində 15 rüşvət alma (passiv rüşvətxorluq), 21 şəxs barəsində 15 iş vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, 21 şəxs barəsində 14 iş cinayət yolu ilə əldə edilmiş əmlak leqallaşdırma, 11 şəxs barəsində 10 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, habelə qalanları digər faktlarla əlaqədar olub”.
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
















.png)










.png)

.jpg)






