Hadisə
Keçən il 639 nəfər özünü öldürüb - Deputat
2024-cü il ərzində rayon prokurorluqlarinda 639 özünü öldürmə hadisəsi qeyda alınıb, onlardan 498-i kişi, 141-i qadın olub.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın müzakirəsi zamanı deyib.
Deputat Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatların diqqətə çatdırıb:
"ÜST-nın məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Litvada və Rusiyada hər 100 min nəfərə 31 intihar, Belçikada isə hər 100 min nəfərə 20.7 intihar baş verir. Ölkəmizdə əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 6.3 fakt təşkil edir. Ona görə də problemin dərindən təhlili və beynəlxalq mənzərədə baxılması daha düzgün siyasət üçün imkanlar verəcəkdir. Digər fakt isə, məlumatda göstərilir ki, Azərbaycanda 18 yaşadək qızlar dünyaya 1279 uşaq gətirib. Dəhşətli statistikadır. Çünki özləri uşaq olanların övlad dünyaya gətirilməsinə yol açan səbəblər və subyektlərin toplusunu, tədbirlər və cəzalar sisteminə yenidən baxılması uşaqlara ölüm və fiziki xəsarətlər gətirən bəlaya qarşı mübarizə üçün təsirli ola bilər. Bölgələr üzrə və sosial statusları əsasında mövcud mirasın aradan qaldırılması üçün qərarlar verilə bilər".
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi










.jpg)















.jpg)










